Kaş generalların hamısında Elçin Quliyev kimi yurd qeyrəti olaydı
31-05-2020, 20:09
Düzünü deyim, Dövlət Sərhəd Xidmətinin ( DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə heç bir görüşüm, ilişgim olmayıb, amma çox yaxşı tanıyıram . Təkcə, canlı ekranda şahidi olduğum həyatını riskə, təhlükəyə ataraq, jurnalist xanımın həyatını qurtarmasına görə yox (gerçəkdə bunun özü böyük igidlik -qəhramanlıqdır) , həm də sözügedən qoşun növündə şəxsən tanıdığım , fərqi yoxdur, əsgər olsun, zabit olsun, general olsun , döyüşçülərin söhbətlərindən. Bir də özümün iki oğlum da bir il ara ilə sərhəddə keşik çəkiblər. Vətən sərhəddən başlamırmı? Hər il avqustun 18-də sərhəddə xidmətə başlayan əsgərlərin andiçməsi gerçəkləşir. Kimə bircə yol, başqa şey demirəm, bu andiçməni seyr etmək nəsib olsa, özünü Şuşada, Laçında, Xankəndində... Qarabağda qələbə paradında hiss etməsə, nə deyirsiniz deyin!
Ən nümunəvi, ən təmiz, ən döyüşkən ruhlu qoşun növünün hansısa brakonyer söhbətinə görə gözdən salınması düşmənin “dəyirmanına su tökməkdir” . Başqa qoşun növlərində olan durumu çoxumuz bilirik , ən azı yaxınlarımız, tanışlarımız danışıblar, özümüz tanıq (şahid) olmuşuq. Amma DSX -da, adamın başının üstündə Allah var, tamam döyüş ruhu, elə, millətə, yurda sevgi, işğaldakı torpaqların azad olunmasına inam hökm sürür . 11-12 il qabaq öncədən bildirmədən düz döyüş mövqeyinə kimi gedib , əsgərləri bir qədər aralıdan müşahidə etmək istəyəndə, gənc komandir məni müharibə veteranı olmağıma “bağışlamışdı” . Suçum da, bilirsiniz nə olmuşdu? Komandirə ayrıca sovqat təklifi! ? İndi belə bir döyüş komandasını , görün , nədə suçlayırlar? Biz gördüyümüzə inanaq, yoxsa DTX -nın cılız “brakonyer ovuna”? Başqa şey demirəm, kaş bütün generallarda , zabitlərdə general Elçin Quliyev kimi ocaq- yurd , vətən qeyrəti olaydı. DSX-nın şəxsi heyətinin müharibə əlillərinə, veteranlara xüsusi diqqət göstərməsini də təcrübəmdən bilirəm. Hərbi qurumlardan yalnız DSX-dan mülki işlə təmin olunmağım haqqında müraciətimə cavab verilib .
İstənilən ölkənin baş nazirliyinin vətənin müdafiəsində gecə-gündüz bilmədən keşik çəkən silahlı qüvvələr olması heç kimə sirr olmaz, yəqin. Qalan güclər ikinci-üçüncü dərəcə daşıyırlar. Nə çətin şeydir, kiminsə belinə “juçok” bağlama” xidməti göstərmək? Biz heç kəsin işinə kölgə salmaq fikrində deyilik. Fikrimiz ölkədə ən çox çirkaba bulaşanların qaşınmaları göz önündə olduğu halda, qaşınmayan yerdən qan çıxarmağa qarşıdır.
Sərhəd elə qutsal anlam daşıyır ki! Əbəs yerə, Ulu Peyğəmbərimiz deməyib ki, BİR GÜN VƏ BİR GECƏ SƏRHƏD BOYUNCA KEŞİK ÇƏKMƏK – GÜNDÜZLƏRİ ORUCLA, GECƏLƏRİ İBADƏTLƏ KEÇİRİLƏN BİR İLDƏN DAHA FAYDALIDIR!
Məğrur Bədəlsoy