Dirrikdə narkotik becərən Balakən sakini saxlanılıb

3-06-2020, 10:23           
Dirrikdə narkotik becərən Balakən sakini saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli
bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb
edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata
görə, şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat–axtarış tədbirləri
nəticəsində rayonun Mahamalar kənd sakini sakini, 44 yaşlı Abdulla Babayev
şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış
keçirilən zaman dirrikdə, digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada
qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29
ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.