Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

16-09-2020, 10:35           
 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindəki təbii sututarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Teref.az xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı qanun pozucusunun Bəhrəmtəpə qəsəbə sakini Ramal Mirzəyev olduğu məlum olub və ondan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb. Faktla bağlı R.Mirzəyev barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub”, rəis müavini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru