Moldovadakı səfirliyimiz erməni təxribatı barədə - Məlumat yaydı

12-10-2020, 08:25           
Moldovadakı səfirliyimiz erməni təxribatı barədə - Məlumat yaydı
Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında humanitar atəşkəslə bağlı razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozmaqda davam edir.

Teref.az xəbər verir ki, bu barədə Azərbaycanın Moldovadakı səfirliyi mətbuata açıqlama yayıb. Açıqlamada bildirilir ki, humanitar atəşkəs razılaşmasından dərhal sonra Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam istiqamətində mülki əhalini və infrastruktur obyektlərini artilleriya atəşinə tutub, həmçinin cəbhənin Hadrut və Cəbrayıl rayonu istiqamətində hücuma cəhd göstərib.

Oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə Ermənistan tərəfindən raket hücumuna məruz qalıb. Nəticədə 9 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.

Mətbuata açıqlamada beynəlxalq ictimaiyyətin işğalçı Ermənistanı beynəlxalq hüquqa və öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmasının vacibliyi vurğulanır. Qeyd olunur ki, bölgədə yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.