Şəkidə koronavirusla əlaqədar qabaqlayıcı tədbirlər gücləndirilib

13-10-2020, 16:38           
TEREF.AZ: - Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər gücləndirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, yol polisi əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb. Şəhərdaxili marşrut avtobuslarında, taksilərdə sərnişinlərin sosial məsafə saxlaması, tibbi maskadan istifadə etməsi, həmçinin şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi onların diqqətinə çatdırılıb. Bəzi hallarda sürücülərin normadan artıq sərnişin götürməsi, həmçinin mövcud tələblərə riayət etməməsi yoluxma hallarının daha da artmasına səbəb olduğu vurğulanıb.

Sonda sürücüləri maraqlandıran suallar DYPB-nin əməkdaşları tərəfindən cavablandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru