Oktyabrın 15-də gözlənilən hava şəraiti

14-10-2020, 18:22           
Oktyabrın 15-də gözlənilən hava şəraiti
Teref/az Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 21-23, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Oktyabrın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru