Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb

22-11-2020, 14:24           
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib. O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.