Qax rayonunda könüllü qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada yerli idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı Polis Şöbəsinin əməkdaşları da fəal iştirak edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı buna imkan verən şəxslər qan vermək üçün aksiyada iştirak ediblər.