Şəkidə qaydaları pozaraq ictimaiyyət arasına çıxan COVİD-19 xəstəsi saxlanılıb

14-12-2020, 11:13           
Şəkidə qaydaları pozaraq ictimaiyyət arasına çıxan COVİD-19 xəstəsi saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini Şahvəddin Hümmətovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunub, sanitar-karantin rejimi qaydalarına riayət etməsi tapşırılıb. Qaydaları pozacağı təqdirdə məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılıb. Buna baxmayaraq Ş.Hümmətov qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Onun hərəkətdə olduğu yer polislər tərəfindən müəyyən olunub və yaşadığı ünvana geri qaytarılıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində Ş.Hümmətov barəsində cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru