Polis Şəkidə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir - FOTO

14-12-2020, 16:04           
Polis Şəkidə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun giriş-çıxışlarında qurulan karantin postlarında polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Operativ və xüsusi nəqliyyat vasitələri, yükdaşıyan avtomobillər və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla digərlərinin rayon mərkəzinə ( kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışı məhdudlaşdırılıb. Həmçinin, şəhər ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar planşet vasitəsilə yoxlanılır və icazələri olmadan yaşadıqları ünvanları tərk edənlər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadəyə, sosial məsafənin qorunmasına nəzarət olunur, obyekt sahiblərinə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.