Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb

10-04-2021, 20:40           
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı qəsəbəsində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.