STP Global Cable şirkətinin növbəti uğuru

10-06-2021, 21:56           
STP Global Cable  şirkətinin növbəti uğuru
STP MMC-nin törəmə şirkətlərindən olan STP Global Cable şirkəti ölkədə sənayenin inkişaf etdirilməsi, ixrac potensialın artırılması yolunda yeni nailiyyət əldə edibdir.

Belə ki, STP Global Cable istehsal etdiyi NA2XSY markalı 6/10 kV və 20,3/35 kV gərginlikli kabelləri artıq Avropa İqtisadi Zonasında da satılmaq imkanına malikdir.

Buna nail olmaq üçün şirkət yuxarıda qeyd edilmiş markalı kabelləri Avropa Birliyində müvafiq laboratoriyaya (Notified Body) test üçün göndərmişdir, məhsullar testlərdən uğurla keçmişdir.

Artıq, qeyd edilmiş məhsullar EU CPR (European Union Construction Products Regulation) üzrə tələbləri tam ödəyir. Bu şirkətə istehsal etdiyi məhsulları “CE Marking” altında Avropa bazarına tədarük etməyə imkan yaradır.

Xatırladaq ki, STP Global Cable şirkəti ötən ildə STP-nin Kabel və Elektrik Avadanlıqları zavodlarının bazasında yaradılmışdır. Müəssisə müxtəlif növ və təyinatlı kabellər, kabel kanalları, terminallar, elektrik məhsullarını istehlakçılara təklif edir.
500 kV-luq kabellərin istehsalı imkanı ilə STP Global Cable regionda yeganə, dünyada isə 6 istehsalçılardan biridir.

шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.