Üzərindən heroin, evindən isə silah tapıldı

2-08-2021, 16:17           
Üzərindən heroin, evindən isə silah tapıldı
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Bahəddin Məcidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun teref.az-a bildirdiyinə görə Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və tərkibində narkotik maddələr olan marixuana aşkar edilərək götürülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məcidovun evinə baxış zamanı 1 ədəd bıçaq, sandıqçası ilə birlikdə qaz tapançası və dipçəkdə əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür.

Faktla bağlı istintaq aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru