Dövlət müstəqilliyinin bərpası və onun qorunub saxlanılması

14-10-2021, 15:45           
 Dövlət müstəqilliyinin bərpası və onun qorunub saxlanılması
XX əsrin sonlarında sosializm sisteminin dağılması dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Artıq yaxın onilliklər ərzində dünyanın siyasi xəritəsində yeni yarana biləcək müstəqil dövlətlərin meydana çıxacağı labüd idi. Baş verən proseslərdən Azərbaycan da kənarda qalmadı və həmin proseslərin fəal iştirakçısına çevrilirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” nı qəbul etdi. Bununla da Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu və dövlət müstəqilliyi yenidən bərpa olundu.

Şübhəsiz ki, müstəqilliyi qazandıqdan sonra onun qorunub saxlanılması daha çətin vəzifədir. Lakin, müstəqilliyimizin ilk illərində ölkəni idarə edənlər bu mürəkkəb vəzifənin öhdəsindən gələ bilmirdi. Ölkədə yaranmış qeyri-sabit vəziyyətin, vətəndaş qarşıdurmasının qarşısını yalnız dahi şəxsiyyət Heydər Əliyev ala bildi. Beləliklə, Azərbaycan cəmiyyətinin istəyi və tələbi ilə Heydər Əliyev ölkə rəhbərliyinə ikinci dəfə hakimiyyətə qayıtmaqla ictimai-siyasi sabitliyi bərqərar etməyə nail oldu. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioriteti kimi müəyyənləşdirdi.

Qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət sisteminin yaradılması idi. 1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktı imzalanması təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisə idi. Belə mühüm müqavilənin imzalanması beynəlxalq aləmdə müstəqil dövlətimizin artan nüfuzu demək idi.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdır.

Bu gün Ümumilli Liderin siyasi xəttini onun layiqli davamçısı Prezident İlham Əliyev davam etdirməkdədir. Məhz ölkə başçımızın apardığı uğurlu siyasət nəticəsində bu il dövət müstəqilliyimizin bərpasının otuzuncu ilini digər illərdən fərqli olaraq qalib xalq və ərazi bütövlüyünü bərpa etmiş dövlət olaraq qeyd edirik.

Aysel Mənsimova – YAP üzvüшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.