Balakəndə meşəyə qənim kəsilən şəxs polis tərəfindən saxlanılıb FOTO

2-12-2021, 08:12           
Balakəndə meşəyə qənim kəsilən şəxs polis tərəfindən saxlanılıb FOTO
Balakən rayonu İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanov qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.