Dekabrın 07-nə hava proqnozu

6-12-2021, 15:59           
Dekabrın 07-nə hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında zəif duman.

Axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti,

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 07-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki,

bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti,

dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.