Qusarda restoran sahibi 8 gün inzibati həbs edildi

14-01-2022, 16:58           
Qusarda restoran sahibi 8 gün inzibati həbs edildi
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində olan şadlıq evində karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a bildirildiyinə görə obyektin sahibi Namidar Mustafayevin əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 8 gün müddətində inzibati həbs edilib














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru