Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb

20-01-2022, 10:49           
Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Ağdaş şəhər sakini ona məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, müraciətlə əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Məhəmməd Abbasov saxlanılıb. O,ifadəsində qaçırdığı nəqliyyat vasitəsini yaşadığı Mingəçevir şəhərində apardığını və orada ehtiyyat hissələrini söküb, satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru