Hacı Zeynalabdin Tağıyev tarixdə xeyriyyəçi kimi qalıb

21-01-2022, 15:55           
Hacı Zeynalabdin Tağıyev tarixdə xeyriyyəçi kimi qalıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2021-ci il yanvarın 18-də Bakının mərkəzində Hacı Zeynalabdin Tağıyevin şərəfinə ucaldılmış abidənin açlış mərasimi keşirilib. Abidə ölkə başçısının Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması barədə 2020-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən ucaldılib. Aşlış mərasimində çıxış edən Prezident İlham Əliyev Hacı Zeynaıabdin Tağıyevin böyük xeyriyyəçilik fəaliyyətindən danışıb, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini qeyd edib.

Azərbaycan xalqı və milləti qarşısında böyük xidmətləri olan Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixinə böyük mesenat, ictimai xadim, bir sıra sənaye müəssisələrinin yaradıcısı, mədəniyyət və təhsil sahəsinə xüsusi diqqət yetirən şəxs kimi həkk olunub. Onun gördüyü işlər bu gün layiqincə qiymətini alıb. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun yaşadığı evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilib. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Mərdəkan qəsəbəsində Zeynalabdin Tağıyevin məzarının yerləşdiyi “Pir Həsən” ziyarətgahı əsaslı şəkildə təmir olunub.

Hacı Zeynalabdin Tağıyev şox zəngin adam idi, amma hər kəs bilir ki, o kasıb ailədə böyüyüb və sərvətini öz zəhməti hesabına qazanıb. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilib. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusi qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, qizlar üçün ilk dünyəvi məktəb aşılmışdır. Bakıda tramvay xətlərinin açılması da onun adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən bir çox gözəl binaların təşəbbüskarı məhz Zeynalabdin tağıyev olmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır. Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərclərini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür.

Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə xeyriyyəçilik ənənələri bərpa olmağa başladı. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev fondudur. Heydər Əliyev Fondu artıq 20 ilə yaxındır ki, fəaliyyər göstərir və bu müddət ərzində məqsədi və vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Dövlət başçısının qeyd etdiyi kimi “bu gün Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir”.

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.