Martın 16-da hava necə olacaq

15-03-2022, 16:47           
Martın 16-da hava necə olacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində

qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Yağıntı axşama doğru tədricən kəsiləcək.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 5°-dək isti, axşam 2°-yə yaxın,

Bakıda gündüz 5°-dək isti, axşam 2°-yə yaxın olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.