Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məktəblilərlə görüş keçirilib

18-03-2022, 11:27           
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məktəblilərlə görüş keçirilib
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Məlikumudlu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib. Görüşdə Təhsil Şöbəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı İkram Əhmədov mənəvi dəyərlərə böyük zərbə vuran narkotik vasitələrin qanunsuz dövriyyəsi və ona qarşı aparılan mübarizə haqqında geniş məlumat verib. Qeyd olunub ki, yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına və ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bunun üçün gələcəyimiz olan şagirdlər diqqətlərini təhsilə yönəltməli və gələcəyin peşəkar mütəxəssisləri olmaq üçün səylə çalışmalıdırlar.
Sonra çıxış edən tədbir iştirakçıları keçirilən tədbirin mahiyyətini yüksək qiymətləndirərək, hər bir şagirdi diqqətli olmağa çağırıb və təhsillərində uğurlar arzulayıblar.
Sonda məktəbin pedaqoji heyəti maarifləndirici görüşün təşkilinə görə Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru