Kürdəmirdə qaydaları pozan sürücülərə qarşı reyd keçirilib

13-04-2022, 11:44           
Kürdəmirdə qaydaları pozan sürücülərə qarşı reyd keçirilib
Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı isıq cihazlarından və səs siqnallarından düzgün istifadə etməyən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları barədə məlumatlar verilib.
Tədbirlər zamanı kobud qayda pozuntuları yol verən sürücülər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru