Aprelin 14-na hava proqnozu

13-04-2022, 16:01           
Aprelin 14-na hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti,
Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70 % olacaq.



Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru