Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

18-04-2022, 07:54           
Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib
Avtomobillərdən atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlamalar zamanı atmosferə normadan artıq tullantı ixrac edən avtomobillər aşkarlanıb və onların sürücüləri barəsində inzibati protokollar tərtib edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru