“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

22-04-2022, 17:55           
“Bakcell”dən Şuşada pulsuz Wi-Fi
Bakcell şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib. İndi Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ oteli və Şuşa TV stansiyası ərazilərində bu xidmətdən yararlana bilərlər.
Həyata keçirilən quruculuq və bərpa işləri ilə əlaqədar hər gün daha çox insanın Şuşaya səfər etdiyini və şəhərdə məskunlaşdığını nəzərə alan Bakcell “Şuşa ili” tədbirləri çərçivəsində burada öz abunəçilərinə daha üstün xidmət təqdim edir.
2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.
Bakcell Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru