Qaxda narkomaniyanın zərərləri mövzusunda tədbir keçirilib

29-04-2022, 10:13           
Qaxda narkomaniyanın zərərləri mövzusunda tədbir keçirilib
Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Əlibəyli kənd tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən RPŞ-nin rəisi Vidadi Qurbanov narkomaniyanın müasir dünyada cəmiyyəti narahat edən və faciəvi nəticələri olan əsas problemlərdən biri olduğunu vurğulayıb. Ölkəmizdə “ağ ölüm”lə mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində maarifləndirmə işinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirən polis polkovniki, bu səbəbdən narkotikin zərərləri barədə yeniyetmələri məlumatlandırmaq məqsədilə mütəmadi olaraq təhsil müəssisələrində görüşlər təşkil edildiyini diqqətə çatdırıb.
Tədbirdə o da vurğulanıb ki, həyatı iflic edən narkomanlığa münasibətdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.
Sonda polis əməkdaşları məktəblilərə bukletlər paylayıb və onları maraqlandıran sualları cavablandırıblar.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.