Polis Qubada şagirdlərə narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən bəhs edib.

1-05-2022, 08:33           
Polis Qubada şagirdlərə narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən bəhs edib.
Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xucbala kənd tam orta məktəbində “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Çıxış edən Rayon Polis Şöbəsinin Şəxsi Heyət Üzrə Rəis Köməkçisi, polis mayoru Rüstəm Hüseynov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik asılılığının aludəçilərin faciəvi sonluğuna səbəb olduğunu, belə vasitələrdən onların əhatəsində olan insanların da ciddi zərər gördüyünü qeyd edərək bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis kapitanı Orxan Şahmarov narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu vurğulayıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.