Mingəçevirdə narkotikin təsiri altında avtomobildən idarə edən sürücü saxlanılıb

19-06-2022, 13:24           
Mingəçevirdə narkotikin təsiri altında avtomobildən idarə edən sürücü saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “VAZ-21144” markalı avtomobilin sürücüsü, şəhər sakini Rəvan Şükürlü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.
Polis şöbəsində toplanan materiallar şəhər məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə R.Şükürlü barəsində qanunamüvafiq tədbir görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru