Tovuzda bankomat kartınan oğurluq edən şəxs saxlanılıblar

8-08-2022, 08:55           
Tovuzda bankomat kartınan oğurluq edən şəxs saxlanılıblar
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4307 manat miqdarında maddi ziyan vurub. Bundan başqa istintaq zamanı saxlanılan şəxsin 2 fərdi yaşayış evindən oğurluq etməsi də məlum olub.
Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna edilimir. Odur ki, həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Tovuz rayon Polis Şöbəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru