Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

3-10-2022, 16:23           
Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa narkotik vasitənin təsiri altında avtomobil idarə edən Şahin Məmmədov və Fərid Məmmədli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibatin qaydada həbs edilib.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.