Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlardır - İsrafil Kərimovun yazısı

13-10-2022, 09:02           
Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlardır -
Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlardır
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Qırğız Respublikasına dövlət səfərinə gəlib. Dövlət başçısının rəhbərlik
etdiyi nümayəndə heyəti Bişkek şəhərində bir sıra rəsmi və digər
tədbirlərdə iştirak edib. Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi
qarşılanma mərasimindən sonra Prezident İlham Əliyev “Ata-Beyit” Milli
Tarixi-Memorial Kompleksini ziyarət edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız
Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla
Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud və geniş tərkibdə
iclasları keçirildi və Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması
mərasimi oldu. Bu sənədlər arasında mühüm əhəmiyyətə malik olanlarından
biri də "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının
Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma
Memorandum"ununun imzalanması ilə Bakı və Bişkek qardaşlaşmış
şəhərlərə çevriliblər.
Həmin gün Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının vəHeydər
Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin, ertəsi
gün isə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirildi.
Qeyd edilməlidir ki, Azərbaycanın xarici siyasət kursunda Orta Asiya
regionu ilə münasibətlər mühüm yer tutur. Eyni kök, dil və din amili bu
münasibətləri xüsusi önəmlı edir. Orta Asiyada öz coğrafi yerləşiminə və
siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq
subyektidir.Bişkeklə əlaqələr həm Qərbin, həm də Rusiyanın Orta Asiya
siyasətində önəmli yer tutur. Son bir neçə ildə Qırğızıstanda müşahidə
olunan siyasi proseslər məhz Qırğızıstanın bu qütblər üçün nə qədər vacib
geosiyasi önəmə malik olduğunu göstərir. Azərbaycan da Qırğızıstanın bu
rolunu qiymətləndirir.
Bişkek Bakının region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni
güc sahibi mövqeyini müşahidə edir. Azərbaycan-Qırğızıstan münasibətləri
həmişə siyasi səviyyədə yaxşı olub. Bişkek-Bakı münasibətlərində xüsusi
canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına
yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamış,
son bir ildə liderlər arasında üç görüş, iki qarşılıqlı səfər baş tutmuşdur.
Nəticədə Prezident İlham Əliyevin səyləri ilə siyasi münasibətlərin inkişaf
etdirilməsinə paralel olaraq, nəqliyyat-logistika, informasiya-kommunikasiya
texnologiyaları, təhsil, turizm və idman sahələri kimi konkret istiqamətləri
əhatələyən kompleks format müəyyən edilmişdir ki, bu da Bişkek-Bakı
münasibətlərində yeni səhifə açmışdır.
Azərbaycanla Qırğızıstan arasında keyfiyyətcə yeni səviyyəyə
yüksələn münasibətlər, həm də ümumtürk maraqlarının mühafizəsi və
təminatında mühüm amil rolunu oynayır. Türk dünyasının səyləri ilk dəfə
məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Pandemiya ilə mübarizə
çərçivəsində birləşdirilmiş, əməkdaşlıq mühiti qurularaq çox ciddi bir nəticə
əldə edilmişdi. Məhz bu formatdan sonra artıq türk dünyası ikitərəfli
münasibətlərə nisbətən, çoxtərəfli birlik şəraitində daha təsirli güc və
imkana malik olduqlarının əməli formada fərqinə vardılar. Bu mənada Türk
dünyasının birgə potensialının ortaya çıxarılması, suverenliklərimizə xələl
gətirmədən böyük Türk mənəvi-siyasi birliyinə nail olunması üçün digər
dövlətlərlə olduğu kimi Azərbaycan-Qırğızıstan əlaqələri, dostluq və
qardaşlığı kritik əhəmiyyətə malikdir. Cənab Prezidentin dövlət səfəri də
göstərdi ki, Qırğızıstan hakimiyyəti və xalqı da bu düşüncələrimizi həm
nəzəri, həm də əməli olaraq bizimlə bölüşür.
İki türk dövləti arasında əlaqələrin inkişafı, xalqlar arasında
qardaşlığın möhkəmlənməsi istiqamətində atılan addımlar, bütövlükdə türk
dünyasının birliyinə töhfə verəcək fəaliyyət kimi qiymətləndirilməlidir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİA.AZ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.