Qusar sakinindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

14-10-2022, 12:00           
Qusar sakinindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus bağ sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ruslan Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru