Salyanda maarifləndirmə tədbiri keçirilib

28-12-2022, 08:58           
Salyanda maarifləndirmə tədbiri keçirilib
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qızılağac kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, bildirib ki, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Narkomaniya tək ölkəmiz üçün deyil, artıq bütün dünya üçün təhlükə mənbəyinə çevrilib və onun qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.
Daha sonra narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan şöbə rəisi, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.