Polislər bayram ərəfəsində körpələri ziyarət etdilər

28-12-2022, 16:24           
Polislər bayram ərəfəsində körpələri ziyarət etdilər
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə şəhər ərazisində yerləşən "Mərhəmət evi" uşaq sığınacağını ziyarət ediblər.
Öz qonaqlarını gülərüzlə qarşılayan körpələr şöbə əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şeirlər səsləndiriblər, nəğmələr oxuyublar. Polislər balaca fidanları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər. Görüşdə uşaqlarında könüldən əyləndiyi bu tədbirdə xatirə şəkilləri çəkdirilib.
Görüşün sonunda sığınacağın rəhbərliyi körpələrə göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə öz minnətdarlığını bildirib.
Teref.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru