Şirvan Şəhər Polisi tərəfindən axtarışda olan iki nəfər həbs edilib

29-12-2022, 16:44           
Şirvan Şəhər Polisi tərəfindən axtarışda olan iki nəfər həbs edilib
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-ü (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məlikov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, saxlanılan zaman həmin şəxsdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Bundan əlavə, keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə M.Məlikovun qardaşı Zahir Məlikov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Bu zaman onun üzərində istehlak miqdarından artıq narkotik vasitə olan heroin götürülüb.
Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru