Qazax polisi narko-kuryerlik edən şəxsi saxlayıb

26-09-2023, 16:53           
Qazax polisi narko-kuryerlik edən şəxsi saxlayıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Qazax rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Cəlal Əzizov Qazax rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli çantadan 1 kq 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru