Paytaxtda növbəti daxili iməclik keçirilib

30-09-2023, 11:43           
Paytaxtda növbəti daxili iməclik keçirilib
Payıq mövsümündə şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sentyabr ayının 30-da paytaxtın mərkəz ərazisində və qəsəbələrində təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, qəsəbədaxili küçələr və yollar, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.





Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru