Nəsimi rayonunda Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər davam edir
10-12-2016, 10:24
Ömrünü xalqımızın, dövlətimizin inkişafına və tərəqqisinə həsr edən Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər Nəsimi rayonunda davam edir.
Nəsimi rayon ictimaiyyətinin, ağsaqqalların, ziyalıların,qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi verilmişdir.
Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyev ideyalarının əbədi yaşayacağını, onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətçiliyin daha da möhkəmlənməsi, ölkəmizin və xalqımızın tərəqqisi, birliyi naminə həyata keçirdiyi ardıcıl tədbirləri qeyd etmiş, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması sahəsində Heydər Əliyev Fondunun misilsiz fəaliyyətini xüsusi ilə vurğulamışdır.
Natiq bildirmişdir ki, adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi, müdrikliyi əməli fəaliyyəti ilə təsdiqlənən dahilərdən biri və birincisidir. Öndərlərə xas qətiyyətini, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu ölkəyə rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının övladına məhəbbətinin parlaq ifadəsidir.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş və bununla da tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Tədbirdə Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, “Azintur” SC-nin Sədri Aydın Heydərov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edilərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyulduğu bildirilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdən olmuşdur.
Dindarlar Ulu Öndərin əziz xatirəsini dualarla yad etmişlər.Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə ərzaq payları təqdim edilmişdir.