Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016-cı ilin yekunlarını müzakirə edib - FOTOLAR

11-01-2017, 18:03           

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016-cı ilin yekunlarını müzakirə etmişdir

teref.az - Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Avropa otelində keçirilən, 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov bildirmşdir ki, hesabat dövründə SİƏD-in ərazisində yerləşən Moskva prospekti 46 ,52 ,62, 70, 74, 82, 86 saylı binaların, Məmmədcəfər Cəfərov küçəsi 1 saylı binanın və Cavadxan küçəsi 58, 60 saylı binaların fasadları təmir olunmuşdur, giriş qapıları dəyişdirilmiş və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunmuşdur.Hüseyn Bala Əliyev küçəsi 38, 42 saylı binaların, Əliisgəndər İsgəndərov küçəsi 3/1 saylı binanın arxa və qarşı hissəsində, 20 Yanvar küçəsi 39, M.Cəlal 54,60,62,64 və 66 saylı binaların ön və arxa hissəsində yerləşən qanunsuz çəkilmiş çəpərlər sökülərək təmizlənmiş və abadlıq işləri görülmüşdür.
Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən birinci mikrorayon ərazisində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan parkda əsaslı təmir işləri aparılmışdır. Burada sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər biri 20 kv.m olan 3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda 2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir, gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənmiş, 500 m bardür qoyulmuşdur, ərazini gecə işıqlandırmaq üçün yeni işıq dirəkləri quraşdırılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır. Parkın ətrafındakı yaşayış binalarının, Moskva prospekti 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur. Binaların girişlərinə yeni qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur. 14 iyul - Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibəti ilə yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
İDEA ictimai birliyinin təşəbbüsü ilə ölkədə gedən ağacəkmə kompaniyasına qoşularaq Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5, 240, 54, 159 saylı orta məktəblərin həyətinə və Autizm mərkəzinin həyətinə, 20 yanvar abidəsinin ətrafına, Asif Məhərrəmov və 20 Yanvar küçələrində iməcilik keçirərək ağaclar, gül kolları əkilmişdir. Abadlaşdırılan küçələrdə qazon örtükləri yeniləri ilə əvəz olunmuşdur.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.
Nəsimi rayonu 247 saylı tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmamışdır. Məktəbdə məskunlaşan 3 məcburi köçkün ailəsi başqa ünvanda yeni mənzillə təmin olunaraq köçürülmüş və məktəbdə təmir işləri qısa müddətdə ən yüksək səviyyədə icra olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 7-də 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. 247 saylı məktəbin əsaslı təmiri Möhtərəm Prezidentin təhsilə göstərdiyi qayğının bariz nümunəsi və Prezident İlham Əliyevin açılış mərasimində iştirakının məktəbin fəaliyyət tarixində ən əlamətdar və unudulmaz hadisə olduğunu diqqətə çatdırmışdır. “Abad həyət” layihəsi çərçivəsində yeni təmir olunmuş Hüseyn Seyidzadə 16a sayli bina və həyəti sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir, yolların kənarlarına bardürlər düzülmüşdür. Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətin işıqlandırılmasi uçun yeni işıq dirəkləri quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün “Abad həyət”də mini futbol meydançası da salınmışdır. Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. Seyidzadə 16A ünvanından başlayaraq M.Cəlal 52, 58, 60 ,62 saylı binaların ətrafı, 156 və 162 saylı bağçaların qarşısı yeni asfalt örtüyü çəkilmişdir və 247 saylı məktəbin ətrafında olan binaların fasadı rənglənmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2016 - cı ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş layihələr haqqında danışaraq görülən işlərin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etdiyini bildirdi.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş İbrahimov Tağı Sabir oğlunun həyat yoldaşı Sevinc İbrahimova da çıxış edərək yaşadığı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 35 ünvanındakı binanın həyətində rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşının yeni baraleyfinin qoyulması ilə bağlı ailəsi adından minnətdarlığını bildirdi.
Hesabat yığıncağında rayon sakinlərindən “Tarixi araşdırmalar” İB-nin sədri Əlövsət Qasımov, hüquq elmləri doktoru Əli Eyvazov, şairə Pərvanə Mustafayeva, Elmar Əsgərov, Zabit Quliyev, Zərifə Ömərova və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.