İsmayıllı gəncləri 20 yanvar faciəsinin 27 illiyinə həsr olunmuş veloyürüş keçirib.

16-01-2017, 13:34           
İsmayıllı gəncləri 20 yanvar faciəsinin 27 illiyinə həsr olunmuş veloyürüş keçirib.
teref.az - İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və həvskar velosipedçi-fəal gənc Əli İmamverdiyevin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 27 illiyinə həsr olunmuş velosiped yürüşü keçirilib. 45 nəfər velosipedçinin iştirakı ilə keçirilən yürüş başlanğıcını Heydər Əliyev adına Mərkəzi meydandan götürüb, “Şəhidlər xiyabanı”na və oradan geri-mərkəzi meydana qədər davam edib.
Start mərhələsində rayon Gİİ-nin rəisi Taleh Salehov, rayon icra hakimiyyətinin əməkdaşı Rövşən Yəhyayev və fəal gənc Əli İmamverdiyev çıxış edərək 1990-cı il 20 yanvarda Qorbaçov güruhunun Azərbaycana düşməncəsinə hücumundan, azadlıq və müstəqillik yolunda şəhid olanların fədakarlığından, xalqımızın düşmənə qəhrəmanlıqla sinə gərməsindən,faciə zamanı Azərbaycana vurulumuş ölçüyəgəlməz maddi və mənəvi, ziyandan danışıblar.
Qeyd ediblər ki, o zaman Respublika rəhbərliyində olanlar yeni vəzifə axtarışına çıxısalar da, xalqın dərdinə yanan, ilk olaraq haqq səsini ucaldan, işğalçını lənətləyən ümummilli liderimiz, xilaskarımız Heydər Əliyev olub. Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasını da ilk olaraq Ulu öndərimiz pozub.Gənclər tariximizin hər bir qəhrəmanlıq səhifəsini müxtəlif tədirlərlə vərəqləyirlər. Bugünkü veloyürüş də bu baxımdan daha əhəmiyyətlidir və 20 yanvar faciəsinin 27 illiyinə həsr olunub.
Sonra velosipedçilər yürüş üçün nümunəvi şərait yaradılmış şəhər küçələrindən keçib, “Şəhidlər xiyabanı”na gəlib, şəhid məzarlarını gül qoymaqla ziyarət edərək geri qayıdıblar.
İştirakçılara rayon gənclər və idman idarəsinin xatirə diplomları verilib.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.