"Araz" marketlər şəbəkəsinin Saray filialı qanunsuz torpaq sahəsində - İDDİA

16-01-2017, 17:10           
"Araz" marketlər şəbəkəsinin Saray filialı qanunsuz torpaq sahəsində - İDDİA
Məlum olduğu kimi, keçən il "Araz" marketlər şəbəkəsinin Saray ərazisində daha bir filialına təmtəraqlı açılış mərasimi keçirildi. Bu filialla bağlı saytımıza ilginc informasiyalar daxil olub.

Belə ki, məlumatlı mənbənin iddialarına görə, sözügedən filialın yerləşdiyi torpaq sahəsində inşaat işlərinin aparılmasına zamanında Dövlət Torpaq və Xəritəçəkmə Komityəsinin rəhbəri Qərib Məmmədov tərəfindən qadağan qoyulubmuş.

Mənbənin dia.az-a iddia etdikləri: "Dövlət Komitəsi sonradan ləğv edildi və həmin torpaq filialın yerləşdiyi torpaq sahəsi ilə bağlı qərarvermə hüquqi birbaşa olaraq Nazirlər Kabinetinin sərəncamına keçdi. Amma bu günə kimi nə baş nazirin, nə də Nazirlər Kabinetinə aid hansısa orqanın qeyd olunan torpaq sahəsində inşaat işlərinə icazə üçün icazə xarakterli hər hansı qərarı mövcud deyil".

Mənbə iddia edir ki, bu gün də "Araz" marketlər şəbəkəsininn Saray filialı qanunsuz tikilidir və əraziyə hüquqları heç bir formada rəzmiləşməyib.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru