İsmayılı: Eşitdiklərim və gördüklərim – I yazı

18-01-2017, 16:42           
İsmayılı: Eşitdiklərim və gördüklərim – I yazı
İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu keçmiş jurnalist fəaliyyətimdən irəli gəlir. Jurnalist demişkən bir məsələni deyim ki indi bu ada o qədər də isti baxmırlar. Hətda demək olarki indi bəzən həqiqi jurnalistlər müəyyən yerlərdə jurnalistəm deməyə utanırlar. Ona görə utanırlar ki, iş tapa bilməyənlər, cəmiyyətdə öz real yerlərini tuta bilməyənlər və ən pisi halal pul qazanmaq fikrində olmayıb ətrafına da bir neçə özü kimi ruhi xəstəni yığıb jurnalistik deyərək kimə gəldi şər-böhtan atırlar, şantaj edirlər. Bütün bu kimi məsələlərdə bəzi insanlarda əsasən də gənc nəsillərdə birmənalı qarşılanmır, jurnalist ikrah hissi yaradır. Təbii ki bu işlərlə dövlətin aidiyyəti orqanları məşğul olmalıdır. Amma jurnalist adını şərəflə daşıyan jurnalistlərdə zaman-zaman öz sözlərini deməlidirlər. Təsəvvür edirsinizmi bir zamanlar jurnalist fakültəsinə qəbul olmaq nə demək idi? Amma indi jurnalist olmaq üçün o fakültə bir yana heç ümumiyyətlə ali məktəbə qəbul olub oxumağa ehtiyac yoxdur. Yetər ki utanmaz sifətin olsun.
Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu İsmayıllıdır. Son vaxtlar İsmayıllı rayonu haqqında, rayonun icra başçısı hörmətli ziyalımız Mirdaməd müəllim haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də əslən İsmayıllıdanam və İsmayıllıları, Mirdaməd müəllimi çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə keçmiş jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə ismayıllı haqqında son beş ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki İsmayıllı haqqında yazılar əsasən 2013-cü ildə baş verən məlum İsmayıllı hadisələrindən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və əslən İsmayıllıdan olan bir “jurnalist”in vasitəsi ilə yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə İsmayıllının inkişafını istəmir, kimlərsə yuxarı dairələrdə İsmayıllı haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir ismayıllı övladı alət edilir.
2013-cü ildə məlum ismayıllı hadisələri kimlərinsə yenidən marağında ola bilər. Kimlərsə o hadisələrin yenidən baş verməsinə çalışa bilər və bunun üçündə zaman-zaman internetdə və KİV-də bununla bağlı mesajlar və çağırışlar edirlər. Amma bir məşələni unudurlar ki o hadisələr dövlətə və dövlətçiliyə qarşı deyildi o üsyan məmur özbaşınalığına qarşı idi. İndi isə üsyan ediləcək məmur özbaşınalığı yoxdur. Həmin xaosdan bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün xalqı çaşdırmaq rayon rəhbərliyini əhalinin və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan və şantaj xarakterli yazılardan istifadə edirlər. Buna misal Qafqazın ən böyük və ən uğurlu layihəsi olan velosiped zavodunun təməli atıldığı gündən yazılar, tənqidlər başladı nə başladı. Amma Ölkə rəhbərliyinin xeyir duası ilə başlanan layihənin başa çatmasına mane ola bilmədilər. Layihə başa çatdı, ölkə rəhbərliyi gəldi açılış etdi. İsmayılı tarixi uğura imza atdı. Araşdırdım Zavod bu gündə tələbata və sifarişlərə uyğun olaraq fəaliyyət göstərir. İstəyən gedib velosiped sifariş edə bilər. Kiminsə zavod işləmir deyib sifarişini qəbul etməsələr buyurub yaza bilər. Amma xəbəri olmadan zavod işləmir demək insafsızlıq və şərəfsizlikdir.
Yazırlar ki İsmayıllı tikiş fabriki işləmir. Yenə də deyirəm o fabrikə kim gedibdə sifariş vermək istədi ona dedilər ki biz işləmirik. Qardaş hamımız bilirik ki, özəl sektor təlabata və sifarişə uyğun fəaliyyət göstərir. Rayon rəhbərliyinə aidiyyəti olmayan məsələdə nöqsan axtarıb rayon rəhbərliyini günahlandırmaq vicdansızlıqdır.
Yenə yazırlar ki, yeni avtovağzal işləmir. Hər kəsə məlum olsun ki avtovağzal işləyir. Oradan Bakı şəhərinə, Sumqayıt şəhərinə və rayonun bir çox kənlərinə, qəsəbələrinə avtobuslar işləyir. Yeni marşurut xətti açmaq istəyən sahibkarlarda buyurub avtovağzalın rəhbərliyinə yaxınlaşa bilər.
Rayonda 20 il, 30 il bundan əvvəl yaradılmış tikinti şirkətlərini, MMC-ləri rayon rəhbərliyinin adına bağlamağa çalışırlar. Bəs fikirləşmirlər ki bu rayonda yaşayanlar bu şirkətlərin, MMc-lərin nə vaxt qurulduğunu, nə vaxt yaradıldığını rəhbərlərinin kim olduğunu bilirlər.
Araşdırmalarım davam edir. Növbəti yazılarda İsmayıllıda kimlər niyə qarışıqlıq yaratmaq istəyir bunları araşdıracam.
Sonda isə o şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki bu gün İsmayıllı etibarlı əllərdədir. Rayon rəhbərliyi ilə əhali arasında inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Yaxşı olar ki öz pis əməllərinizi, kimlərinsə çirkin maraqlarını həyata keçirmək üçün başqa ünvan seçəsiniz.
Veteran jurnalist,
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.