"Favorit" supermarketlər şəbəkəsində Azərbaycan qanunları işləmir - ŞİKAYƏT/FOTO
22-01-2017, 18:28
Bakıda yerləşən "Favorit" suppermarketlər şəbəkəsində baş verən özbaşınalıqlardan çox yazmışıq. Bu gün isə özüm bunlardan biri ilə rastlaşdım. 20-ci sahədə yerləşən "Favorit" supermarketində alış veriş edəndən sonra kassaya verdiyim 20 manatlıq pul vahidini kassir qız götürməkdən imtina etdi. Səbəbini soruşanda dedi ki, cırılıb. Lakin banknot cırılmamışdı. Sadəcə aşağıdakı şəkildə gördüyünüz klimi balaca ortasından qat kəsmiş və üzülən yeri var idi.
Mənə həqiqətən də bu məsələnin maraqlı gəldiyi üçün supermarketin ortalarda gəzən admnistratoru ilə söhbət etdim.
- Bu Azərbaycan puludur və bizdə Azərbaycandayıq. Pul cırılmayıb, sadəcə ucu qat bağlanan yerdən qopub niyə göötürmürsünz pulu?
- Cırıqdır ona grə maşınkamızdan keçmir.
- Axı cırıq deyil, balaca qopub və siz onu qəbul etməlisiniz.
- Xeyr biz qəbul etmirik.
- Belə olmaz axı, sizdə bəyəm Azərbaycan qanunları işləmir?
- Bizim öz qanunlarımız var. Və mən o pulu götürməyəcəm.Mən belə istəyirəm.
- Bəyəm sizin öz qanunlarınız var?
-Bəli var.
- Elə belədə yazacam.
- Get yaz, kimə istəyirsən yaz.
Beləliklə artıq Azərbaycanda məmurlar, oliuqarxlar deyil, sadəcə bir marketin admnistratoruda deyir ki, "Get kimə istəyirsən yaz!"
Belə olandan sonra bizədə bunu yazmaq qalır ki, bəlkə aidiyatlı orqanlar nə baş verdiyini, "Favorit" supermarketlər zəncirinin sahibinin necə bir qüdrətə sahib olduğunu təsbit edə ki, onun hətta işçisi belə heç kimdən qorxmur.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az