İsmayıllıda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gün qeyd edilib. FOTO
14-07-2017, 19:27
teref.az - Ümummilli lider Heydər Əliyevin mübarək səfərləri ilə şərəfləndirdiyi İsmayıllı rayonunun ictimaiyyəti onun hakimiyyətə gəldiyi günü – 14 iyulu yüksək səviyyədə qeyd edib. Tədbir “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi üçün məkan seçilən Heydər Əliyev Mərkəzində keçirilib. İştirakçılar başlanğıcda ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib. Məşğələni giriş sözü ilə YAP rayon təşkilatının sədr əvəzi, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. Dövlət qulluğu veteranı Valeh Salehov “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda məruzə edib. Ümummilli lideri 1981-ci il 23 iyulda İsmayıllıya səfəri zamanı ilk qarşılayanlar sırasında olmuş təhsil veteranı Yaşar Nuriyev, İvanovka kənd xəstəxanasının baş həkimi Mariya Prokofyeva və Talıstan kənd tam orta məktəbin direktoru, Əməkdar müəllim Aydın Əzizov çıxış ediblər. Mərkəzin foyesində Vətənə, ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılardan, şeirlərdən ibarət bədii proqram nümayiş etdirilib.