Vəkil Aslan İsmayılovun müraciəti böyük təəccüb doğurdu
15-07-2017, 13:48
Ötən gün vəkil Aslan İsmayılov sosial şəbəkədəki səhifəsində Bakı şəhərinin mərkəzində park salması ilə bağlı video müraciətlə çıxış etmişdir. O, vaxtı ilə sürüşmə baş vermiş Bayıl yamacında park saldığını və burada ağaclar əkdiyini göstərir.
Bu məlumat Səbail Rayon İcra Hakimiyyətində çox böyük təəccüb doğurmuşdur. Hamıya yaxşı məlumdur ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı cənab İlham Əliyevin tərəfindən Şıx yamaından Bayıl yamacı istiqamətində böyük sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar vermişdir. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə «Şıx» yamacında böyük “Ekoloji park” yaradılıb, təkcə Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib və damcı üsulu ilə ağaclara qulluq gösrərilir. Lazımi qulluq nəticəsində ağacların hamısında inkişaf gedir. Qeyd olunmalıdır ki, 10 minlərlə ha ərazini əhatə edən bu yaşıllıq ərazisi cənab Prezidentin hakimiyyəti illərində salınmış ən böyük yaşıllıq ərazilərindən biridir.
Mövsüm ərzində həmin ərazilərdə əkilən ağacların sayının ilbəil artırılaraq Bayıl yamacına kimi böyük bir ərazini əhatə olunması nəzərdə tutulmuş və hazırda bütün ərazidə ağaclara qulluq göstərilməsi işlər gedir.
Aslan İsmayılovun yayımladığı video materialadakı görüntülərdən aydın bilinir ki, burada işlələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparır. Yəqin ki, Aslan İsmayılov dövlət qurumları tərəfindən ərazidə aparılan geniş miqyaslı işlərə öz adını yazmaqla özünü gündəmdə saxlamağa çalışır və cənab Prezidentin rəhbərliyi ilə aparılan geniş miqyaslı işlərə özünü əlavə etmək istəyir.
Bu da bizdə böyük təəccüb hissi doğurur.