Səbaildə uşaq bağçası tikilir - FOTO

31-07-2017, 10:13           
Səbaildə uşaq bağçası tikilir - FOTO
teref.az - Səbail rayonunda məktəbəqədər tərbiyə müəssisələrinin vəziyyətini hər zaman diqqət mərkəzində saxlayan RİH tərəfindən 2016-cı ilin ilinin sonunda Bayıl yaşayış sahəsi, Xanlar küçəsində 100 il əvvəl inşa olunmuş və qəzalı vəziyyətdə olan binada yerləşən, 100-dən çox uşağın tərbiyə aldığı 157 saylı uşaq bağçasının əsaslı təmirinə başlanmaq qərara alınmışdır.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov DİA.AZ-a açıqlamasında bildirmişdir ki, bağçanın köhnə və qəzalı binada yerləşməsi və bununla da təmir işlərinin çətinləşməsi ilə əlaqədar RİH tərəfindən bu binanın sökülərək yenində müasir standartlara tam cavab verən layihə sənədləri əsasında yenidən tikilməsinə qərar verilmişdir.

Keçən müddət ərzində köhnə bina sökülmüş, yeni, 3 mərtəbəli, əvvəlkindən daha geniş, daha çox sayda uşaq qəbul edə biləcək yeni bağça tikilir. Hazırda burada tikilən binanın daxilində işlər gedir. Daxili dizayn işlərinə başlanmışdır. Burada uşaqların tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılacaq və yeni bağçanın açılışı cari ilin sentyabr-oktyabr aylarına planlaşdırılmışdır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.