Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib - İSLAHAT

3-09-2015, 20:39           
Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib - İSLAHAT
Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub.

Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru