İsmayıllıda məktəblər arasında futbol üzrə birincilik

25-05-2018, 20:40           
İsmayıllıda məktəblər arasında futbol üzrə birincilik
teref.az - İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayon təhsil şöbəsi ilə birgə 24-25 may 2018-cı il tarixlərdə məktəblilər arasında 28 may-Respublika Günü-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar futbol üzrə birincilik keçirib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov qeyd edib ki, rayon gənclər və idman idarəsi Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar müxtəlif məzmunlu və müasir formalı tədbirlər keçirir. Məktəblilər arasında təşkil olunan futbol üzrə birincilik də belə maraqlı tədbirlərdəndir.
Sonra yarışın baş hakimi Ramil Şirəliyev oyunun qaydaları üzrə iştirakçılara məlumat verib.
15-ə qədər məktəb komandasının iştirak etdiyi yarışda Hacıhətəmli tam orta məktəbi I , Mollaisaqlı tam orta məktəbi II və şəhər 6 saylı tam orta məktəbi III yeri tutub.
Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.