Qusar polisi 4 il əvvəl itmiş silahı tapıb sahibinə qaytardı
23-06-2018, 16:34
teref.az-nun poçtuna Qusar rayonunda məskunlaşmış Qubadlı rayon qaçqını Aqil Həşimov tərəfindən məktub daxil olub. Məktubu ixtisarla sizə təqdim edirik. Aqil bəy yazır: " Qusar rayon polis idarəsinə sizin sayt vasitəsi ilə minnətdarlığımı bildirmək istəyirəm. Vətənimiz Azərbaycanın şimal qapısı olan Qusar rayonunda polis öz işini müvəffəqiyyətlə görür. Mənim 4 il bundan əvvəl oğurlanmış ov silahımı tapıb özümə qaytardıqlarına görə onlara minnətdarlığımı bildirmək istəyirm.Bu rayonda yaşadığımız müddətdə Qusar rayon polisinin necə dövlətimizin və dövlətçiliyimiz keşiyində dayandığının şahidi olmuşuq. Ən ağır rayonlardan biri olan Qusar rayonunda bu gün polisimizin gecə gündüz xidməti sayəsində sakitçilik və qanunlara hörmət hökm sürür. Bütün bunlara görə biz Qusar rayon polis idarəsinin rəisi və şəxsi heyətinə təşəkkür edirik! Aqil Həşimov!. Qusar rayonu "