Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edib.

25-06-2018, 21:07           

Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Çox hörmətli Recep Tayyip Erdoğan!
Sizi yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməyiniz münasibətilə öz və rəhbəri olduğum Ana Vətən Partiyasının üzvləri adından ürəkdən təbrik edir, şərəfli və çətin fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. Seçkilərin gedişi və nəticəsi göstərdi ki, Sizin bir lider və dövlət xadimi kimi Türkiyədə böyük nüfuzunuz var. Bu bizi sevindirir. Əminik ki, ötüb keçən 15 il zaman kəsiyində olduğu kimi, bundan sonra da Türkiyə dövlətinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına daha əhəmiyyətli töhfələr verəcəksiniz.
Bu bir həqiqətdir ki, Türkiyə və Azərbaycan dostluğunun möhkəmlənməsində Siz cox önəmli rol oynayırsınız. İnanıram ki, bundan sonra da dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin, dostluq və qardaşlığın güclənməsində öz əməyinizi əsirgəməyəcək, bütün sahələrdə olduğu kimi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində də Zati-aliləri Cənab İlham Əliyevlə və Azərbaycan xalqı ilə birlikdə olacaqsınız.
Bir daha Sizi təbrik edir, Sizə möhkəm can sağlığı və prezidentlik fəaliyyətinizdə böyük uğurlar diləyirəm!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.